Çox vaxt sürücülər sifariş icra edərkən, sifarişçinin xahişi ilə bağlamanı tətbiqdəki ünvana yox fərqli ünvana çatdırırlar. Bu tətbiqdə qayda pozuntusu kimi qeydə alınır. Çünki tətbiq sizi təyin edilən ünvanda görmür. Və bu aldan sonra nə sifarişçi nə də siz sifarişi tamamlaya bilmirsniz. Onun üçün də sizə məsləhətimiz odur ki, telefonda sözlə dəyişdirilən ünvana getməyəsiniz. Ünvan dəyişmək üçün Yangonun telefonla dəstək xidmətinə müraciət edərək ünvanı dəyişin. Nəzərinizə çatdıraq ki bu zaman alacaq.
Yango Platforması 11.15.2025 tarixindən etibarən Priusların XS kateqoriya Yükdaşıma xidmətinə qoşulmasını müvəqqəti olaraq məhdudlaşdırıb. Hazırda Priusları Çatdırılma xidmətinə qoşuruq. Yükdaşıma məhdudiyyəti aradan qalxdıqda Pruislar da növbəli şəkildə Yükdaşımaya qoşulacaq.
Yango Çatdırılma xidmətində gündəlik sifariş qəbulu sizin Təlimata doğru şəkildə əməl etməyinizdən və xəttə online olma müddətindən asılıdır.
Yango Pro tətbiqində bu tipli xəta mesajı olduğu zaman əvvəl işlədiyiniz parklara müraciət edin. O parkda aldığınız bloku aradan qaldırmaq üçün tələblərə riəyət etməlisiniz.
Müştəri tərəfdən sifarişin ləğvi, ödəniş problemi və ya xətalı sifariş zamanı mütləq şəkildə dəstək xidmətinə bildirin. O xidmətdəkilər sizə düzgün cavab verməsələr belə sizin müraciətiniz tarixçəyə düşür.
Prioritetinizi qaldırmaq üçün və ya profili blokdan çıxartmaq üçün sonradan müraciət etdiyimizdə ilk öncə sizin dəstək xidmətinə müraciətinizə - tarixçəyə baxılır. Əks təqdirdə sizə köməklik göstərə bilmirik, əziz sürücülər.
Sizin fəaliyyətinizin davamlığı üçün çalışırıq zəhmət olmasa siz də yardımcı olun.
Yükvuran (məntəqəyə çatmış yükü evə və ya müştərinin dediyi yerə daşımaq) xidmətini də aktiv etdiyimiz zaman 10 ₼ dan yuxarı ödəniş də alacaqsınız.
Bu sizin əvvəl işlədiyiniz parkdan qaynaqlana bilər. Əgər hesabınız Taksi xidmətində fəaliyyət göstərəndə bloklanıbsa, ona biz müdaxilə edə bilmirik, zəhmət olmasa Bakı şəhəri, Tiflis prospekti, 49C, Çıraq Plaza, 7-ci mərtəbə ünvanına yaxınlaşaraq məsələni aydınlaşdırın.
Qeydiyyatdan sonra fotonəzarət prosesini keçən sürücünün hesabı Yango heyyəti tərəfindən yoxlanıldığı üçün fotonəzarət prosesi 1-2 gün zaman ala bilir. Əgər 2 gündən sonra xidmətə qoşulmaq hələ də mümkün deyilsə bizimlə əlaqə saxlayın.
Bəli, bu mümkündür, lakin bu funksionallğın aktiv olması üçün siz bir müddət fəaliyyət göstərməlisiniz. Bu imkan Yango platforması tərəfindən aktiv edilir.
Ümumiyyətlə sifarişin ləğvi həm sürücünün həm də müştərinin reytinqini aşağı salır. O cür diqqətsiz müştərilərin reytinqi aşağı salınaraq bir müddət sonra sifarişləri qəbul edilmir.