Vacib qaydalar
Qeydiyyat prosesi bitdikdən sonra Yango PRO (android, ios) tətbiqinə Hilal Parkdan qeydiyyatdan keçdiyiniz nömrə ilə daxil olun. Fotonəzarət prosesini keçin hesabınız Yangonun mərkəzi ofisindən təsdiqləndikdən sonra sifarişləri qəbul edə bilərsiniz.
🔸 Axşam evə gedərkən Xətti bağlamağı unutmayın! Əks halda sifarişlər avtomatik ləğv olunur və hesabınız bloklana bilər.
🔸 Daha çox sifariş üçün əsasən Nizami, Yasamal, Xətai və Nəsimi rayonlarında xəttə qoşulmağınız tövsiyə olunur.
🔸 Sifarişləri ard-arda ləğv etməyin – bu da hesabın bağlanmasına səbəb ola bilər.
🔸 Sifariş qəbulundan soran müştəri ilə kənardan sövdələşməyin. Aşkarlandığı halda hesabınız birdəfəlik bloklanacaq.
🔸 Hesabınızı başqa şəxslərə verməyin – blok olduqda geri qaytarılmır.
🔸 Sifarişi icra etdiyiniz zaman Yango əlavə sifarişlər də verə bilər, bu sifarişləri də qəbul edin. Sifariş üçün müştəriyə yaxınlaşmağınız gec olsa belə qəbul edin, çünki sizin müştəriyə yaxınlaşmağınızın müddəti tətbiqdə görünür. Müştəri bu müddətə razılaşıb sifariş verir.
🔸 Bir neçə sifariş qəbul etdiyiniz təqdirdə onarı sıra ilə yekunlaşdırmağa diqqət edin. Çünki bu sizin dəniş almağınızda vacib məqamdır.
🔸 Sifarişi həyata keçirtdiyiniz zaman və ya bitirdiyiniz zaman tətbiqlə bağlı hər hansı bir problem yaşasanız Dəstəyə zəng bölməsində operatorlarla əlaqə saxlayın. Onlar sizə dəstək olacaqlar.
🔸 Müştəri tərəfdən sifarişin ləğvi, ödəniş problemi və ya xətalı sifariş zamanı mütləq şəkildə dəstək xidmətinə bildirin. O xidmətdəkilər sizə düzgün cavab verməsələr belə sizin müraciətiniz tarixçəyə düşür. Prioritetinizi qaldırmaq üçün və ya profili blokdan çıxartmaq üçün sonradan müraciət etdiyimizdə ilk öncə sizin dəstək xidmətinə müraciətinizə - tarixçəyə baxılır. Əks təqdirdə sizə köməklik göstərə bilmirik, əziz sürücülər.Sizin fəaliyyətinizin davamlığı üçün çalışırıq zəhmət olmasa siz də yardımcı olun.
🔸 Yango hesabınıza daim depozit yükləyin. Davamlı mənfi hesabı olan sürücülərə sifariş gəlmir. Depoziti artırmaq üçün - iBex (android, ios) tətbiqində Balansı artır-a vurun. Artırmaq istədiyiniz məbləği qeyd edin. Sonra kart məlumatlarını daxil edin..
🔸 Nəğdsiz ödənişlərinizi iBex tətbiqi vasitəsilə gündəlik olaraq öz bank kartınıza köçürə bilərsiniz.
🔴 Yeniliklərdən xəbərdar olmaq üçün bu nömrəni yaddaşa verin və Yango PRO tətbiqinin mesaj bölməsində gündəlik elanları mütləq izləyin.
⚠️ Sifarişin qiymətlərini Hilal Park təyin etmir! Qiymətləri Yango müəyyən edir!
Uğurlar və bol qazanc arzulayırıq! 💚
— Hilal Park komandası